19 Noyabr 2020 13:09
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərədə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 18-də saat 20 radələrində Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 21 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov