3 Dekabr 2020 12:22
5 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 2-də saat 12 radələrində Zəngilan rayonu ərazisində qeydə alınıb.

İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Zəngilan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov