Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ramilə Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.
“Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala rayon polis şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.