Türkiyənin Qaziantep şəhərində özəl bir xəstəxananın reanimasiya şöbəsində oksigen balonu partlayıb.
Teleqraf.com xəbər verir ki, partlayışdan sonra yanğında 8 nəfər ölüb, çoxsaylı yaralı var.
Verilən açıqlamaya görə, yanğın səhər saatlarında COVID-19 xəstəxanasının reanimasiya şöbəsində baş verib.
Xəstəxana işçilərinin və Gaziantep Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinin ilk müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb.
İlkin məlumata görə, 7 xəstə reanimasiya şöbəsində, bir nəfər də başqa bir xəstəxanaya köçürülərkən ölüb.