Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T.Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
T.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib və toplanmış material rayon məhkəməsinə göndərilib.