İstanbulun Tuzla bölgəsində kimyəvi maddələrin olduğu fabrikin anbarında yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, qısa müddətdə böyüyən yanğına müdaxilə etmək üçün bölgəyə çox sayda xilasetmə qrupları göndərilib.
Yanğının baş vermə səbəbi bilinmir.
İlkin məlumata görə, yanğın fabrikin açıq sahəsindəki anbarından başlayıb. Xəsarət alan və ya ölənlər barədə məlumat verilmir.