1 Yanvar 2021 19:11
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aydınlı vilayətinin Jandarma Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində qanunsuz fəaliyyət göstərən 302 veb sayt bloklanıb.

Teleqraf.com xəbər verir ki, vilayətin kiber cinayətlər üzrə şöbəsi internet vasitəsi ilə icra edilən cinayətləri müəyyənləşdirmək və onların qarşısını almaq məqəsədilə əməliyyat keçirib.

Bu çərçivədə, qanunsuz mərc oyunları yayımlanan 204, fişinq üsullarla saxtakarlıq edən 16, zərərli proqram və şəxsiyyət vəsiqəsi oğurluğu üçün tətbiqetmələr olan 13, fahişəliyi və ədəbsizliyi ehtiva edən 69 veb sayt müəyyən edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər