Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.
Kafenin icarədarı İsrafil Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.