Qəbələ rayonunda polis əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nic qəsəbə sakini S.Alməmmədov saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ-18 EM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
İsmayıllı rayon polis şöbəsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı öv tüfəngi aşkar edilib.
Bundan başqa, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Covdar kənd sakinləri Ə.Musayevdən “İJ-18 EM”, N.Musayevdən “Escort” və oğlundan “İJ-17” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Tərtər rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Seydimli kənd sakini E.Bağırlıya məxsus evə baxış zamanı müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar olunub.