23 Yanvar 2021 15:45
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən çayxana aşkar edilib.

Həmin obyektin icarədarı Elbrus Həziyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər