28 Yanvar 2021 13:37
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Məmmədov Samux rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq, yaşadığı Qarabalar kəndindəki evin zirzəmisindən isə 9 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov