29 Yanvar 2021 10:38
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini M.Əlimirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini E.Nəzərovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov