Dünən saat 21.05 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verib.
Teleqraf.com-un məlumatına görə, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir.
Fövqəladə Hallar Naziriliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, Badamdar Bakının ən təhüləli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxar ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və müəlki obyektlər tikilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov isə qeyd edib ki, Hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür.
Ərazidə təbii amillərdən başqa insan təsirləri də var. Belə ki yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib.