Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Ç.Bayramovun 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədullayev saxlanılıb.