3 Fevral 2021 11:53
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Əmrah kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurub.

Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov