9 Fevral 2021 11:13
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, şöbəyə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal polislər həmin şəxsi Zərdab-Ağcabədi yolunda saxlamağa nail olublar.

Cəmaləddin Xammədovun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib.

Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı Cəmaləddin Xammədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib.

Zərdab rayon polis şöbəsinin əməkdaşları göstərilən yerə baxış zamanı saxlanılan şəxs tərəfindən torpağın altında basdırılan 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Faktla bağlı Zərdab rayon polis şöbəsində müvafiq istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı

Oxşar xəbərlər