Qəbələ rayonunun İkinci Pirəli kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədəTeleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.