Bakıda mənzildə 73 yaşlı kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimov Əsəd Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil verilib.