25 Fevral 2021 13:13
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq edən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Abşeron rayon sakini Z.Əsədov fevralın 23-də Zərdabi küçəsindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini A.Abbasova fevralın 22-də Biləcəri qəsəbəsi ərazisindəki duracaqdan “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini M.Abbasov fevralın 24-də Nəsimi rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ə.Rəvanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 23-də Binəqədi qəsəbə sakini A.Musayevaya zor tətbiq edib içərisində pul, 2 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və kosmetik əşyalar olan çantasını soyğunçuluq yolu ilə talaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov