28 Fevral 2021 21:23
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com