3 Mart 2021 14:01
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli rayon polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

***

11:57

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, martın 3-də gecə saatlarında Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb və aidiyyatı üzrə Füzuli rayon polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər