Göyçay rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsi, 38 saylı mənzildə qeydə alınıb.
Şəhər sakini, 37 yaşlı Emin Həsənov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.