Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, rayonun Qəriblər kəndində bir yaşayış evindən 2 000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri - Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib.
Oğurlanan əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.