Samux rayonunda aprel ayı ərzində 17 nəfərdə koronavirus aşkar olunub.
Teleqraf.com xəbər verir ki, 6 müəllim və 11 şagirdin sözügedən infeksiyaya yoluxması müəyyən olunub. İnfeksiyaya yoluxan şagirdlər əsasən 5-9 cu sinif şagirdləridir. Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin fəaliyyəti isə dayandırılıb.
Orta tədris müəssisəsində 14 günıük karantin tətbiq edilib, sözügedən məktəbin şagirdləri distant təhsilə cəlb olunub.