11 Aprel 2021 14:09
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.

Polislər tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər