14 Aprel 2021 13:12
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 104 qrama yaxın metamfetamin və narkotik maddələrin satışında istifadə edilən plastik bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildən isə 28 kiloqram 790 qram heroin, 5 kiloqram 150 qram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik maddələrin satışından əldə olunan 1000 manat pul götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini F.Paşayev idarə etdiyi “KİA” markalı avtomobildə sərnişinləri - həmyerlisi P.Salamov və Bakı şəhər sakini E.Eyyubovla birgə Gəncə şəhərində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 5 kiloqram 600 qram marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov