14 Aprel 2021 14:44
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri Mətləb Kazımovun və Qənbər Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və onlar təcili tibbi yardım avtomobillərinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Quba rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər