20 Aprel 2021 19:26
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Bakıda, Koroğlu metrosunun yaxınlığında "Bakubus"a məxsus avtobusda texniki nasazlıq yaranıb. Bu da öz növbəsində tüstülənməyə səbəb olub.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dərhal ətrafdakı insanlar avtobusdan uzaqlaşdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmayıb.


Müəllif: Aysel Azad