Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 22-də naməlum şəxs M.Əmiyevi bıçaqla hədələyərək 200 manatını alıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini E.Albənzadə saxlanılıb.