27 Aprel 2021 17:44
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

Teleqraf.com xəbər verir ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

Qeyd edək ki, R.İsmayılov 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır.

O, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, Yutub, İnstaqram, Feysbuk və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.

Həmin dövrdə Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinə müraciət edən Şirvan şəhər sakini Rəsul Mehdiyev İnstaqramda onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin İsmayılov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər