1 May 2021 10:44
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da Samux rayon polis şöbəsinə rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb.

Mərasimi təşkil edən şəxslər rayon polis şöbəsinə gətirilib.

Polis şöbəsində həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər