Mingəçevir şəhər polis şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, keçirilən tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov İmişli rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərərib, İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.