Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində 15 ədəd mobil telefon oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini H.Babayev saxlanılıb.