4 May 14:06
484

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb.

O, xəstəxanaya çatdırılsa da keçinib.

İfaçının 55 yaşı var.

Qeyd edək ki, Aslan Hüseynovun anası 7 gün öncə koronavirusdan dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova