12 May 2021 22:25
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Aşağı Layısqı kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.

Məlumata görə, intihar edən 20 yaşlı M.Qasımova tələbə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com