13 May 2021 12:05
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Ç.Qasımzadəyə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Müəllif: Teleqraf.com