15 May 2021 08:38
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda "Mercedes" markalı minik avtomobilinin yük yeri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın Bakının Xəzər rayonunda qeydə alınıb.

Ümumi sahəsi 210 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com