18 May 11:04

Daxili İşlər Nazirliyi ötən gün baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Cinayət törətməkdə 44 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov