18 May 2021 12:56
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda koronavirus xəstəsi polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, mayın 17-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini H.Xaliqov ictimai yerdə aşkar ediblər.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər