18 May 2021 13:32
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Yeni Ramana qəsəbəsi ərazisində Ucar rayon sakini N.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zabit Sultanovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov