27 May 2021 11:02
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda evə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu rayon Polis İdarəsi və 14-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində törətdikləri cinayətlərin sayının artacağı istisna olunmur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər