31 May 2021 14:29
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəminində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər