10 İyun 2021 11:26
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkarlanıb.

Aşkar edilən narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.


Müəllif: Hacı Zeynalov