13 İyun 2021 15:39
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Gəncə şəhərində 4 mərtəbli binada partlayış zamanı xəsarət alan şəxslər xəstəxanada dünyasını dəyişib.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itirib.

Həmin şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.

Məlumat üçün bildirək ki, hadisə Gəncə şəhər Kəpəz rayonu ərazisində 4 mərtəbəli binanın dördüncü mərtəbəsində baş vermişdi. Partlayışa səbəb qaz sızması olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər