Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildiririlib.
Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.