17 İyun 2021 12:23
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Məhərrəmov və Ə.Qafarov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan 87 qrama yaxın heroin, 52 qramdan artıq tiryək, 54 qrama yaxın metamfetamin, 32 ədəd metadon və 20 ədəd preqabalin həbi aşkar edilib.


Müəllif: Hacı Zeynalov