22 İyun 2021 12:49
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də, gecə saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib, 75 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər