23 İyun 2021 09:32
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Mirzəxan Qaraqoyunlu kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com