Masallı rayonunda 18 yaşlı gənc süni göldə batıb.
Hadisə rayonun Babaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlu süni göldə boğulub.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu axtarışlar aparır.
Faktla bağlı araşdırmalara başlanılıb./Report/