5 Noyabr 2014 12:21
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın xarici işlər naziri, “Bizim Gürcüstan- Azad Demokratlar” partiyasının funksioneri Maya Pancikidze istefa verib.

Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Pancikidze özü verib.

Pancikidze ilə yanaşı müavinləri David Zalkaliani,Tamara Beruçaşvili, Vladimir Qurqenidze və David Calaqaniya da istefa veriblər.

Nazir və müavinləri qərarlarını bu gün keçirilən fövqəladə birifingdə açıqlayıb.

Qeyd edək ki, Maya Pancikidzenin istefasına üzvü olduğu partiyanın lideri, müdafiə naziri İrakli Alasaniyanın dünən istefa verməsi səbəb olub. Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze müdafiə nazirinin istefasından sonra onun rəhbərlik etdiyi partiyanın üzvü olub, nazir portfeli daşıyan şəxslərin də istefa verəcəyini istisna etməyib.

Maya Pancikizde İrakli Alasaniyanın baldızıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər